Azərbaycanda ən yüksək və ən aşağı maaş bu sahələrdə verilir – Siyahı


Xəbər verdiyimiz kimi, bu ilin yanvar-fevral ayında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1 099 manat 10 qəpik olub.
Yeniavaz.com
 Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, ən yüksək orta aylıq əməkhaqqı mədənçıxarma sənayesində qeydə alınıb. Bu sahədə çalışanların maaşı digər sahələrlə müqayisədə xeyli öndədir. Maliyyə və sığorta fəaliyyəti də yüksək maaş verilən sahələr arasında yer alır.
Ən aşağı əməkhaqqı isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində müşahidə olunub. Bu sahə üzrə maaşlar ölkə ortalamasından əhəmiyyətli dərəcədə aşağıdır.
Ayrı-ayrı sahələr üzrə orta aylıq əməkhaqqı aşağıdakı kimi olub:
Mədənçıxarma sənayesi – 3 782,1 manat
Maliyyə və sığorta fəaliyyəti – 2 790,0 manat
İnformasiya və rabitə – 1 915,5 manat
Peşə, elmi və texniki fəaliyyət – 1 786,0 manat
Nəqliyyat və anbar təsərrüfatı – 1 497,8 manat
Dövlət idarəetməsi və müdafiə; sosial təminat – 1 434,8 manat
Tikinti – 1 241,9 manat
Digər sahələrdə xidmətlərin göstərilməsi – 1 237,1 manat
Elektrik enerjisi, qaz və buxar istehsalı – 1 131,6 manat
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar – 1 054,3 manat
Emal sənayesi – 1 012,4 manat
Səhiyyə və sosial xidmətlər – 925,4 manat
İstirahət, əyləncə və incəsənət – 874,1 manat
Təhsil – 817,2 manat
Turizm və ictimai iaşə – 798,7 manat
İnzibati və yardımçı xidmətlər – 764,1 manat
Ticarət və nəqliyyat vasitələrinin təmiri – 763,5 manat
Su təchizatı və tullantıların idarə edilməsi – 722,4 manat
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 684,9 manat

DİGƏR XƏBƏRLƏR

Top