
Kambocanın Siemreap şəhərində mina təmizləyən siçana dünyada ilk abidə qoyulub.
Yeniavaz xəbər verir ki, bu barədə “BBC News” telekanalı məlumat yayıb.
Məlumata görə, daş heykəl 2016-cı ildən bəri Kambocada mina təmizləmə ilə məşğul olan Maqava adlı nəhəng erkək hamsterin şərəfinə ucaldılıb.
Beş il ərzində o, 100-dən çox mina aşkar edib və 141 000 kvadratmetrdən çox ərazini təmizləməyə kömək edib.
Maqava Belçikanın mina təmizləmə xeyriyyə təşkilatı APOPO tərəfindən təlim keçib və təxminən 20 dəqiqə ərzində tennis kortu böyüklüyündə bir ərazidə axtarış apara bilib.
Abidənin açılışı Beynəlxalq Mina Maarifləndirmə Gününə təsadüf edib.
Qeyd edək ki, Kambocada bir milyondan çox insan mina və partlamamış hərbi sursatla dolu ərazilərdə yaşamağa və işləməyə davam edir.
Mütəxəssislər siçovulları partlayıcı qurğuları aşkar etmək üçün öyrədirlər. Gəmiricilər yüksək inkişaf etmiş qoxu hissi və yüngül çəkilərinə görə bu iş üçün daha uyğundurlar.
Xatırladaq ki, Maqava 2022-ci ildə, səkkiz yaşında vəfat edib.
Tətbiqimizi yükləyə bilərsiniz