“İran ABŞ ilə razılığa gələ bilər” − Pezeşkian


“Vaşinqton beynəlxalq normalara riayət edərsə və Tehranın qırmızı xətlərini nəzərə alsa, İran ABŞ ilə ədalətli razılığa gələ bilər”​​​​​​​.
Yeniavaz.com 
xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian bunu Rusiya Prezidenti Vladimir Putinlə söhbəti zamanı bildirib.
“İran İslam Respublikası regionda sülhü və davamlı təhlükəsizliyi təmin edən balanslı və ədalətli bir razılaşmaya tam hazırdır. ABŞ beynəlxalq hüquqi çərçivəyə riayət edərsə, razılaşmaya nail olmaq tamamilə mümkündür”, - İran prezidenti bildirib.

DİGƏR XƏBƏRLƏR

Top