Putinin Valdaydakı iqamətgahının ətrafında 27 HHM qülləsi aşkar edildi


Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətinin Valday şəhərindəki iqamətgahının yaxınlığında ən azı 27 hava hücumundan müdafiə qülləsi yerləşdirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Radio Svoboda” məlumat yayıb. 
Nəşrin jurnalisti Mark Krutovun hazırladığı interaktiv xəritəyə görə, Pantsir-S1 zenit-raket və top sistemlərini yerləşdirmək üçün iyirmi altı, S-400 zenit-raket sistemini yerləşdirmək üçün isə 27-ci qüllə tikilib.
O qeyd edib ki, Planet Labs şirkətinin peyk görüntülərinə əsasən, səkkiz yeni Pantsir-S1 qülləsinin tikintisinə martın 17-də başlanılıb. Əlavə edilib ki, onların əksəriyyəti artıq tikilib və bəziləri zenit-raket sistemləri ilə təchiz olunub.
İlk Pantsir-S1 hava hücumundan müdafiə sistemi 2023-cü ilin yanvar ayında Putinin Valdaydakı iqamətgahının yaxınlığında, ikincisi isə 2024-cü ilin iyul ayında peyda oldu. 2025-ci ildə ərazidəki hava hücumundan müdafiə sistemlərinin sayı artmağa başladı: avqust ayında 12, dekabr ayına qədər isə artıq 20-yə çatdı.
Rusiya hakimiyyəti iddia edirdi ki, Ukrayna 2025-ci ilin dekabr ayında Putinin Valdaydakı iqamətgahına dronlardan istifadə edərək hücum etməyə cəhd edib.

DİGƏR XƏBƏRLƏR

Top