Bundesliqada kişilərdən ibarət komandanın ilk qadın məşqçisi o oldu


34 yaşlı Mari-Luiz Eta Berlinin “Union Berlin” futbol klubunun məşqçisi təyin edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun veb saytında məlumat verilib.
Bildirilib ki, o, komandanın zəif nəticələrinə görə işdən çıxarılan Şteffen Baumqartı əvəz edəcək.
Eta Bundesliqanın qalan beş oyununda “Union Berlin”i çalışdıracaq və gələn mövsümdən etibarən klubun qadın komandasına rəhbərlik edəcək.
Məşqçi 2023-cü ildən bəri “Union Berlin”də çalışır, o vaxtdan bəri kişilərdən ibarət U19 komandasının köməkçi məşqçisi olub.
“Union Berlin” hazırda Bundesliqada 11-ci yerdədir.
Qeyd edək ki, Mari-Luiz Eta Avropanın ən yaxşı beş futbol liqasında (İngiltərə, İspaniya, Almaniya, İtaliya və Fransa) baş məşqçi vəzifəsini tutan ilk qadındır.

DİGƏR XƏBƏRLƏR

Top