Ukraynanın tranzit müharibəsində itkiləri açıqlandı

Ukrayna Rusiyanın ölkə məhsullarının tranzitinə qoyduğu qadağaya görə 1 milyarddan çox vəsait və ya ÜDM-in təqribən 2 faizini itirib. “Yeniavaz.com”un AİF-ə istinadən verdiyi məlumata görə, bunu Ukraynanın Avropa inteqrasiyası məsələləri üzrə infrastruktur nazirinin müavini Viktor Dovqan deyib. O bildirib ki, bu, bazarları itirən ixracatçıların birbaşa zərəridir: “Bura daşıyıcıların da itkiləri də daxildir”. V. Dovqan mövcud vəziyyəti tranzit müharibəsinin unikal halı adlandırıb. Xatırladaq ki, Rusiya 2016-cı il yanvarın 1-dən MDB-nin azad ticarət zonası haqqında müqavilənin etibarlılığını Ukrayna üçün dayandırıb, bazarı Aİ-dən gələn rüsumsuz malların axınından qorumaq üçün gömrük rüsumlarını tətbiq edib. Bundan başqa Ukraynaya məhsul embarqosu tətbiq edilib.

DİGƏR XƏBƏRLƏR

Top