
ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazına girməyə və ya çıxmağa çalışan bütün gəmiləri bloklamağa başlayacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat yayıb.
O, blokadanın tezliklə başlayacağını və digər ölkələrin də qoşulacağını qeyd edib.
Tramp həmçinin Hərbi Dəniz Qüvvələrinə beynəlxalq sularda İrana boğazdan keçmək üçün rüsum ödəyən gəmiləri müəyyən etməyi və saxlamağı əmr edib:
“Qanunsuz rüsum ödəyən heç kimin açıq dənizlərdə təhlükəsiz keçidi olmayacaq”.
O, ABŞ-nin həmçinin Hörmüz boğazından minaları təmizləməyə başlayacağına söz verib:
“Bizə və ya dinc gəmilərə atəş açan hər hansı bir iranlı birbaşa cəhənnəmə göndəriləcək!”
Tətbiqimizi yükləyə bilərsiniz