Qara dəniz sahillərində 200-dən çox quş cəsədi aşkar edildi


11-12 aprel tarixlərində Anapada Qara dəniz sahillərində 200-dən çox quş cəsədi aşkar edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiyanın Krasnodar diyarı üzrə xüsusi qrupu məlumat yayıb.
Bildirilib ki, quşlar ehtimal ki, neft dağılması nəticəsində ölüb və ya yaralanıblar.
Xüsusi qrupun istinad etdiyi mütəxəssislərə görə, quşlar Anapadan 11 kilometr aralıda aşkar edilmiş neft ləkəsində tutulmuş ola bilər. Krasnodar diyarı hakimiyyəti ləkənin Ukraynanın Qara və Azov dənizlərində mülki gəmilərə endirdiyi pilotsuz təyyarələrin zərbələri nəticəsində yarandığını iddia edir.
Anapadakı Jemçujnaya Reabilitasiya Mərkəzinin mütəxəssisləri neftlə çirklənmiş quşlarla işləyirlər.

DİGƏR XƏBƏRLƏR

Top