
Britaniyalı aktyor Con Nolan 87 yaşında vəfat edib.
Yeniavaz.com “The Herald”a istinadən xəbər verir ki, bu barədə onun ailəsi məlumat verib.
Aktyor qardaşı oğlu Kristofer Nolanın rejissorluğu ilə çəkilən “Betmen: başlayır”, “Qara cəngavər: əfsanənin dirçəlişi” və “Dünkerk” filmlərindəki rolları ilə tanınır. O, həmçinin prodüser Conatan Nolanın əmisidir.
Aktyorun film debütü 1965-ci ildə baş tutub. Onun son işi “Dune” televiziya serialı olub.
Tətbiqimizi yükləyə bilərsiniz