Rusiyada Səhiyyə Nazirliyində təcili tibbi yardım maşınlarına mane olmağa görə məsuliyyətin sərtləşdirilməsi məsələsi müzakirə olunur. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu səhiyyə nazirinin müavini Tatyana Yakovleva deyib. O, həmçinin bildirib ki, təcili tibbi yardım maşınlarına onlara yol verməyən avtomobilləri vurmalarına icazə vermək məqsədilə qanunvericiliyin dəyişdirilməsi haqqında məsələ də müzakirə edilir: “Əgər təcili yardım maşınını buraxmırlarsa, bu, sadəcə olaraq qəsdən törədilməyən qətl deyil, mən deyərdim qəsdən adam öldürmədir. Siqnal mayakı ilə gedən təcili yardım maşınına necə yol verməmək olar”. Xatırladaq ki, yanvarın 10-da Petropavlovks-Kamçatskda təcili çağırışa gedən yardım maşınını qarşısını avtombil kəsdiyinə görə 21 yaşlı paisyent dünyasını dəyişib və bu hadisə Rusuyada səs-küyə səbəb olub.