“İran və ABŞ danışıqlarda razılığa gələ bilməyib” − İran XİN


İran və ABŞ bəzi məsələlərdə anlaşma əldə etsələr də, iki və ya üç vacib mövzuda fikir ayrılığına düşüblər.
Yeniavaz.com
“Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqayi məlumat yayıb.
“Bir sıra məsələlərdə anlaşma əldə edilib, lakin iki və ya üç vacib məsələdə fikir ayrılıqları qalıb və nəticədə tərəflər razılığa gələ bilməyib. Bu danışıqlara bəzi yeni mövzular, məsələn, Hörmüz boğazı əlavə edilib. Məsələlərin hər birinin özünəməxsus mürəkkəbliyi var”, - Bəqai deyib.
XİN sözçüsünün sözlərinə görə, danışıqlar inamsızlıq və şübhə mühitində keçib:
“Təbii ki, əvvəldən razılaşmanın tək bir sessiyada əldə ediləcəyi gözlənilmirdi. Bunu heç kim gözləmirdi. Bu danışıqlar raundu bu ilin ən uzun raundu olub və ümumilikdə 24 və ya 25 saat davam edib”.

DİGƏR XƏBƏRLƏR

Top