ABŞ-İran danışıqlarında ilkin razılaşma açıqlanıb


İran ABŞ-nin Qətərdəki banklarda və digər xarici maliyyə institutlarında saxlanılan İran aktivlərinin dondurulmasının ləğvi ilə bağlı razılığa gəldiyini açıqlayıb.
Yeniavaz.com
“Reuters”ə istinadən xəbər verir ki, Tehran bu addımı Vaşinqtonun danışıqlara ciddi yanaşmasının göstəricisi kimi qiymətləndirir.
İranlı yüksək vəzifəli rəsmilərin sözlərinə görə, aktivlərin dondurulmasının aradan qaldırılması məsələsi eyni zamanda Hörmüz boğazından keçən gəmilərin təhlükəsizliyinin təmin edilməsi ilə birbaşa əlaqəlidir.
Məlumata əsasən, bu məsələ tərəflər arasında gələcək danışıqların əsas gündəm mövzularından biri olacaq. Xüsusilə regionda enerji daşımalarının təhlükəsizliyi və beynəlxalq ticarət marşrutlarının qorunması baxımından bu addımın əhəmiyyətli olduğu vurğulanır.
Digər tərəfdən, ABŞ hələlik İran aktivlərinin bloklanmasının ləğvi ilə bağlı rəsmi açıqlama verməyib. Bu isə prosesin detalları və mümkün razılaşmanın şərtləri ilə bağlı qeyri-müəyyənliyin davam etdiyini göstərir.

DİGƏR XƏBƏRLƏR

Top