
Uqandanın Kibale milli parkında aparılan yeni araşdırma vəhşi şimpanzelər arasında ilk dəfə “vətəndaş müharibəsi” kimi qiymətləndirilən hadisəni üzə çıxarıb.
Yeniavaz.com “Science” jurnalına istinadən xəbər verir ki, primatoloq Aaron Sandel tərəfindən müşahidə edilən qəribə davranışlar sonradan uzunmüddətli və qanlı qarşıdurmanın başlanğıcı kimi qiymətləndirilib.
Jurnalda dərc olunan tədqiqata görə, əvvəllər vahid olan Ngogo şimpanze qrupu 2018-ci ilə qədər iki hissəyə – qərb və mərkəz qruplarına bölünüb. Sonrakı yeddi il ərzində qərb qrupu mərkəz qrupuna qarşı 24 koordinasiyalı hücum həyata keçirib. Nəticədə azı 7 yetkin erkək və 17 balanın öldürüldüyü bildirilir.
Alimlər bildirir ki, qrup daxilində sosial iyerarxiyanın dəyişməsi, liderlik uğrunda gərginlik, yaşlı fərdlərin ölümü və xəstəliklər bu parçalanmanı sürətləndirib. Bu cür daxili qarşıdurmaların şimpanzelərdə nadir hallarda – təxminən hər 500 ildə bir baş verdiyi ehtimal olunur.
Tədqiqatçılar hesab edir ki, meşələrin qırılması, iqlim dəyişikliyi və xəstəliklər kimi insan fəaliyyəti şimpanzelər arasında sosial bağları zəiflədərək bu cür münaqişələrin artmasına səbəb ola bilər.
Tətbiqimizi yükləyə bilərsiniz