Almaniyada da NATO-nun köhnəldiyini deyirlər

Almaniyanın Sol Partiyasının parlament fraksiyasının lideri Sara Vaqenknext NATO-nu köhnəlmiş təşkilat adlandıran ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı dəstəkləyib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, o bildirib ki, NATO-nu buraxaraq onu tərkibinə Rusiyanı daxil edən kollektiv təhlükəsizlik sistemi ilə əvəz etmək lazımdır. Onun sözlərinə görə, D. Trampın iradları Almaniya federal hökumətin səhv və uğursuzluqlarını amansızcasına ifşa edir. D. Tramp daha əvvəl Almaniya kansleri Angela Merkelin miqrasiya sisyasətini tənqid etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top