
Bu ilin ilk iki ayı ərzində turizm məqsədilə Azərbaycana 216 min 137 nəfər xarici ölkə vətəndaşı gəlib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının 327 nəfəri və ya 0,15%-i ölkəyə dini ziyarət məqsədilə gəlib.
Qeyd edək ki, dini ziyarət üçün Azərbaycana gələn əcnəbilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 30 nəfər və ya 10% artıb.
Dini ziyarət üçün Azərbaycana gələnlərin təxminən yarısı – 167 nəfəri Rusiya vətəndaşı olub.
Azərbaycana dini ziyarət üçün gələnlər aşağıdakı ölkələrin vətəndaşları olub:
Rusiya – 167 nəfər
Türkiyə – 67 nəfər
Gürcüstan – 27 nəfər
İsrail – 26 nəfər
Qazaxıstan – 17 nəfər
İran – 9 nəfər
Hindistan – 5 nəfər
Türkmənistan – 4 nəfər
Ukrayna – 4 nəfər
Qırğızıstan – 1 nəfər
Onu da bildirək ki, dini ziyarət üçün gələn əcnəbilər Azərbaycanda iki ay ərzində 246,5 min manat xərcləyiblər.
Azərbaycana dini ziyarət üçün gələn əcnəbilərin burada xərclədikləri vəsait aşağıdakı kimi olub:
İsrail – 43,7 min manat (bir nəfərə düşən orta xərc 1 681 manat)
Türkiyə – 81,9 min manat (1 222 manat)
Hindistan – 6 min manat (1 200 manat)
Ukrayna – 4,3 min manat (1 075 manat)
Türkmənistan – 4 min manat (1 000 manat)
Qazaxıstan – 16,4 min manat (965 manat)
Qırğızıstan – 0,9 min manat (900 manat)
İran – 5,4 min manat (600 manat)
Rusiya – 76,3 min manat (457 manat)
Gürcüstan – 7,6 min manat (281,5 manat)
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz