Abşeron rayonu Masazır qəsəbəsində iki qadının qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Qeyd olunub ki, aprelin 11-də Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində Pərişan Süleymanova və Nuranə İsgəndərlinin qəsdən öldürülməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
*** 12:34
Yeniavaz.com “Report”a istinadən xəbər verir ki, bu gün Abşeron rayonu Masazır qəsəbəsində 39 və 30 yaşlı iki şəxsə kəsici-deşici alətlə xəsarət yetirilməsi və onların hadisə yerində ölməsi barədə polisə məlumat daxil olub.
Hazırda polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz