Abdullah Zubir karyerasını Qətərdə davam etdirə bilər – "L Equipe”


“Qarabağ”ın fransalı futbolçusu Abdullah Zubir karyerasını Qətərdə davam etdirə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "L Equipe” nəşri məlumat yayıb.
Məlumata görə, 34 yaşlı yarımmüdafiəçi artıq Qətər təmsilçisi “Al-Shahania” ilə müqavilə şərtlərində razılıq əldə edib.
Hazırda “Qarabağ” ilə müqaviləsi 2027-ci ilin yayına qədər davam edən Zubirin transferinin gerçəkləşməsi üçün klublar arasında ayrılıq şərtləri müzakirə olunur. Qeyd edək ki, Qətər klubunun ölkə çempionatında vəziyyəti ürəkaçan deyil. Komanda turnir cədvəlində son sıralarda qərarlaşıb.
Zubir “Qarabağ”ın heyətində çıxışı ilə klub tarixində iz qoymuş futbolçulardan biri hesab olunur. O, Ağdam təmsilçisinin formasında 355 oyuna çıxaraq 77 qol vurub və 94 məhsuldar ötürmə ilə yadda qalıb.

DİGƏR XƏBƏRLƏR

Top