
ABŞ Konqresində Demokrat Partiyasını təmsil edən Jamie Raskin Ağ Evin həkimi vəzifəsini icra edən Sean Barbabellaya məktub göndərib.
Yeniavaz.com “The Hill” qəzetinə istinadən xəbər verir ki, Raskin məktubunda Trampın İranla bağlı son açıqlamalarının onun zehni vəziyyəti ilə bağlı suallar yaratdığını bildirib və prezidentin tam koqnitiv qiymətləndirmədən keçirilməsinə çağırıb.
Məktubda qeyd olunur ki, müxtəlif mütəxəssislər artıq bir müddətdir prezidentin davranışlarında demensiya və digər koqnitiv pozğunluqlara işarə edən əlamətlərin müşahidə oluna biləcəyini vurğulayırlar. Raskin xüsusilə son günlərdə Trampın ictimai çıxışlarının daha anlaşılmaz, emosional və aqressiv xarakter aldığını iddia edib.
Məktubda həmçinin bildirilir ki, prezidentin bu cür davranışları ölkə daxilində geniş narahatlıq yaradıb və onun idrak funksiyaları, eləcə də vəzifəsini icra etmək qabiliyyəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Tətbiqimizi yükləyə bilərsiniz