Paşinyanın kortejində qəza olub – Ölən və yaralananlar var


Ermənistanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com
“Sputnik” agentliyinə istinadən xəbər verir ki, qəza Kuçak–Aparan magistral yolunda qeydə alınıb.
Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, hadisə səhər saat 07:50 radələrində baş verib. Nəticədə bir nəfər həyatını itirib, 12 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralıların hamısı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd olunur ki, qəza törədən polis avtobusu Ermənistanın Baş naziri Nikol Paşinyan və hakim Vətəndaş Müqaviləsi Partiyasının nümayəndələrinin kortejini müşayiət edirmiş. Həmin şəxslər bölgələrdə seçkiqabağı görüşlər keçirirlər.
Baş nazir Nikol Paşinyan hadisədən sonra sosial şəbəkə hesabında Aparan şəhərindən video paylaşaraq səfərin davam etdiyini göstərib.

DİGƏR XƏBƏRLƏR

Top