Bu il Şuşada hansı ölkələrdən gələn turistlər gecələyib?


Bu ilin ilk iki ayı ərzində Azərbaycana səfər edən əcnəbi turistlər ölkədə 987 min 989 gecə keçiriblər.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ümumi gecələmələrin 41-i Şuşa şəhərinin payına düşüb.
Qeyd edək ki, bu ilin yanvar–fevral aylarında Şuşada ən çox gecələyənlər Türkiyə vətəndaşları olub. Türkiyədən gələn turistlər Şuşadakı otellərdə 21 gecə qalıblar. Bundan başqa, Rusiya vətəndaşları Şuşada 12, Qazaxıstan vətəndaşları isə 8 gecə keçiriblər.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top