
ABŞ nümayəndə heyətini daşıyan təyyarə Pakistanın paytaxtı İslamabad şəhərinə eniş edib.
Yeniavaz.com “Reuters”ə istinadla xəbər verir ki, nümayəndə heyətinin tərkibində ABŞ Prezidentinin elçisi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner də yer alır.
Nəşr qeyd edir ki, ABŞ tərəfi İranla danışıqlar aparmaq məqsədilə bölgəyə səfər edib və bu çərçivədə nümayəndə heyətini daşıyan təyyarə artıq İslamabadda eniş edib.
Hazırda tərəflər arasında keçiriləcək mümkün görüşlərin detalları açıqlanmayıb.
Tətbiqimizi yükləyə bilərsiniz