Novruz Məmmədovdan nazirliklərə düzəliş

“Bir neçə gündür ölkə mətbuatında Dağlıq Qarabağın KVN komandalarının beynəlxalq festivalın iştirakçılarının siyahısından çıxarılması ilə bağlı atılan addımlar haqqında məlumatlar yayılır. Amma nazirliklər bu addımları ölkə başçısının tapşırığından sonra atdıqlarını qeyd etsəydilər onda ədalətli olardı”.

"Yeniavaz.com" xəbər verir ki, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov facebook sosial şəbəkəsindəki hesabında yazıb. N.Məmmədov seperatçıları təmsil edən komandaların siyahıdan çıxarılması ilə bağlı Prezident İlham Əliyevin birbaşa tapşırıq verdiyinə diqqət çəkib.

Qeyd edək ki, dünən Gənclər və İdman Nazirliyinin yaydığı məlumata görə, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən “С хлебом и солью” və “DeleYaman” komandalarının iştirakı yalnız 500 komandanın qatıldığı və 10-14 yanvar tarixlərində aparılan seçmə mərhələsi ilə məhdudlaşıb. Həmin komandaların növbəti tura keçmələrinin qarşısı alınıb.

DİGƏR XƏBƏRLƏR

Top