“Barselona” - “Atletiko” matçının hakimi ÇL-dən kənarlaşdırıldı


Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) Çempionlar Liqasının dörddəbir finalının “Barselona” və “Atletiko Madrid” (0-2) arasında ilk oyununun hakimi İştvan Kovaçı cari mövsümün sonuna qədər kənarlaşdırıb.
Yeniavaz.com
xəbər verir ki, Rumıniyalı hakim oyun zamanı bir neçə ciddi səhvə yol verib.
Kovaç 2026-cı il Dünya Kubokunda hakimlik edəcək. Onun adı FİFA siyahısına daxil edilib.
Qeyd edək ki, “Barselona” əvvəllər hakimlik və VAR ilə bağlı UEFA-ya rəsmi şikayət etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top