
Günəşdə “M” sinifli güclü partlayış baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
Bildirilib ki, M1.0 partlayışı aprelin 9-u saat 12:47-də rentgen diapazonunda qeydə alınıb.
Qeyd edək ki, daha öncə Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutu Günəşdə əmələ gələn koronal dəliyin 10 aprelin günorta saatlarında Yerə təsir etməyə başlayacağını və maqnit fırtınalarına səbəb ola biləcəyini bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz