Münaqişə zamanı Hörmüz boğazında 20-dən çox gəmiyə ziyan dəyib


Yaxın Şərqdə münaqişənin başlanğıcından bəri Hörmüz boğazında 20-dən çox ticarət gəmisi ziyan görüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS agentliyi dəniz nəqliyyatı monitorinq sistemlərinin məlumatlarına istinadla məlumat yayıb.
Xüsusilə, söhbət 11 tanker, 4 konteyner gəmisi, 3 toplu yükdaşıyan gəmi, 2 barja, eləcə də özüqalxan qazma qurğusu və yedək gəmisindən gedir.
Agentliyin məlumatına görə, 1 martdan bu günə qədər zərərlə bağlı məlumatların əksəriyyəti Hörmüz boğazı yaxınlığında qeydə alınıb. Bunlardan səkkizi Birləşmiş Ərəb Əmirliklərinin ərazi sularında, altısı isə Oman sularında baş verib.
Bundan əlavə, baş verən hadisə barədə məlumatlar ən çox 1 və 11 mart tarixlərində qeydə alınıb. Bu günlərdə dəniz nəqliyyatı operatorları gəmi heyətindən müvafiq olaraq dörd və beş bildiriş alıblar. Qalan günlərdə isə yalnız bir hadisə qeydə alınıb.
Son məlumat isə aprel 7-də daxil olub.

DİGƏR XƏBƏRLƏR

Top