Dünyanın ən yaşlı göyərçini öldü – “Ginnes” rekordçusu idi…


ABŞ-də dünyanın ən yaşlı göyərçini hesab edilən “Şuqar” 44 yaşında ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Oddity Central” (OC) nəşri məlumat yayıb.
Nəşr yazır ki, “Şuqar” 23 iyun 1981-ci ildə anadan olub və ümumilikdə, 44 il 72 gün ömür sürüb.
Bu, göyərçinlər üçün orta ömür müddətindən iki dəfədən də çoxdur.
O, göyərçinlər arasında uzunömürlülük rekordu vuraraq, “Ginnes”in Rekordlar Kitabına düşüb. “Şuqar” uzunömürlülük üzrə əvvəlki dünya rekordunu 15 ildən çox yeniləyib.
Yaşlı quş ömrünün çox hissəsini sahibi 77 yaşlı Dueyn Orenderlə keçirib. Onun sözlərinə görə, quş təkcə ev heyvanı deyil, həm də əsl dost olub.
“O, çox xoşbəxt idi və həmişə yanımda idi. Biz çox yaxşı dost idik”, - deyə o bildirib.
Sahibi göyərçinin ayrılıqda çətinlik çəkdiyini xatırladıb. O, bir dəfə xəstəxanaya yerləşdiriləndə “Şuqar” demək olar ki, yeməyi dayandırıb və bütün gününü qəfəsdə oturaraq keçirib. Yalnız sahibi qayıtdıqdan sonra quş qısa bir zamanda özünə gəlib.
“Ən böyük arzum “Şuqar”ın 50 yaşına qədər yaşaması idi”, - deyə Dueyn əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top