Maradona səfir olacaq

1984-1991-ci illərdə İtaliyanın “Napoli” klubunda futbolçu kimi çıxış edın məşhur argentinalı Diyeqo Maradona keçmiş komandasına yeni vəzifədə qayıdacaq. “Yeniavaz.com”un xarici mətbuata istinadən verdiyi məlumata görə, klub prezidenti Aurelio De Laurentis qeyd edib ki, D. Maradona klubun dünyadakı səfiri olacaq. O bildirib: “Biz şənbə günü görüşdük və uzun müddət söhbət etdik. Maradona vergilərlə bağlı məsələləri həll edən kimi “Napoli”nin dünyadakı səfiri olacaq”.

DİGƏR XƏBƏRLƏR

Top