Xamenei Körfəz ölkələrinə müraciət etdi


“İranın cənub qonşuları "şeytanların" yalan iddialarından ehtiyatlı olmalıdırlar”.
Yeniavaz.com
İranın dövlət televiziyasına istinadla xəbər verir ki, bu barədə İranın Ali lideri Müctəba Xamenei atası, İranın əvvəlki ali lideri Əli Xameneinin vəfatının 40-cı günü yaydığı bəyanatda bildirib.
“Bu anda İranın cənub qonşularına deyirəm: Siz bir möcüzəyə şahid olursunuz. Buna görə də, düzgün baxın, düzgün başa düşün, düzgün tərəfi tutun və şeytanların yalan vədlərinə ehtiyatla yanaşın”, - Müctəba Xamenei qeyd edib.
O, həmçinin qeyd edib ki, İran “cinayətkar işğalçıları” rahat buraxmayacaq və ölkəyə dəyən ziyana görə təzminat tələb edəcək.

DİGƏR XƏBƏRLƏR

Top