Pekində tarixi görüş... – Video


Çin Xalq Respublikasının Sədri Si Cinpin Pekində Tayvanın müxalif “Qomindan” Partiyasının sədri Çjen Livenlə görüşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
“Hər iki tərəfdəki həmvətənlər çinlidir və bizim sülh, inkişaf, ünsiyyət və əməkdaşlığa ehtiyacımız var. Bu, bizim ortaq arzumuzdur”, - Si Cinpin qeyd edib.
Çin lideri həmçinin Tayvan boğazının hər iki tərəfindəki insanların sonda bir-birinə yaxınlaşacağına və birləşəcəyinə tam əminliyini ifadə edib.
Çjen Liven isə öz növbəsində müharibənin qarşısını almaq üçün institusional həll yolu axtarmaq, Tayvan boğazını bütün dünyada münaqişələrin sülh yolu ilə həlli üçün bir modelə çevirmək lazım olduğunu qeyd edib.
Qeyd edək ki, Çjen Livenin Pekinə səfəri Si Cinpinin dəvəti ilə baş tutub. Bu, “Qomindan” liderinin 10 ildən sonra Çinin materik hissəsinə ilk səfəridir. Səfər Tayvan boğazının iki tərəfi arasında mübadiləni gücləndirmək məqsədi daşıyır və 12 aprelə qədər davam etməsi nəzərdə tutulur.
Xatırladaq ki, Tayvan 1949-cu ildən bəri öz administrasiyası tərəfindən idarə olunur.

DİGƏR XƏBƏRLƏR

Top