“Barselona” hakimlərdən UEFA-ya şikayət etdi


“Barselona” Çempionlar Liqasının 1/4 finalının “Atletiko Madrid”ə qarşı ilk oyununda hakimlərlə bağlı Avropa Futbol Federasiyaları Assosiasiyasına (UEFA) şikayət ərizəsi təqdim edib.
Yeniavaz.com
xəbər verir bu barədə “Barselona”nın mətbuat xidməti məlumat yayıb.
Kataloniya klubu xüsusilə “Atletiko Madrid” müdafiəçisi Mark Pubilin topa əllə toxunmasına görə ikinci hissədə penalti təyin olunmamasına etiraz edir.
“Barselona” hesab edir ki, hakimin bu qərarı qanunsuz olub və matça və onun nəticəsinə birbaşa təsir göstərib. Buna görə də, klub araşdırma aparılmasını, hakimlərin danışıqlarına girişin təmin edilməsini, zərurət yarandıqda səhvin rəsmi şəkildə etiraf edilməsini və müvafiq tədbirlərin görülməsini tələb edib.
Qeyd edək ki, “Atletiko Madrid” 1/4 finalın ilk oyununda səfərdə Barselonanı 2-0 hesabı ilə məğlub edib.
Cavab oyununun aprelin 14-də Madriddə keçirilməsi nəzərdə tutulub.

DİGƏR XƏBƏRLƏR

Top