Dünyada ən çox elektrikli avtomobil istehsal edən şirkətlər – Siyahı


2024-cü ilin avqustundan 2025-ci ilin avqustuna qədər olan dövrdə elektrikli nəqliyyat vasitələrinin istehsal həcminə görə liderlik Çinin BYD şirkətinə məxsusdur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat “SNE Research” şirkətinin hesabatında yer alıb.
Bildirilir ki, şirkət bu müddətdə 2,56 milyon avtomobil istehsal edib və onların böyük hissəsi daxili bazara yönəldilib.
İkinci yerdə yenə Çin istehsalçısı “Geely” qərarlaşıb. Şirkət qeyd olunan dövrdə 1,31 milyon elektrikli avtomobil istehsal edib. Üçüncü pillədə isə ABŞ-nin “Tesla” şirkəti yer alır. İlon Mask tərəfindən idarə olunan şirkət 985 min avtomobil istehsal edib. Lakin yüksək qiymətlər və Çin alternativlərinin artması “Tesla”nın bazar payına təsir göstərməkdədir.
İlk beşlikdə yer alan yeganə Avropa istehsalçısı Almaniyanın “Volkswagen” şirkətidir. Şirkət 854 min elektrikli avtomobil istehsal edərək dördüncü sırada qərarlaşıb. Beşinci yeri isə Çinin “SAIC Motor” şirkəti tutur – 720 min avtomobil.
Reytinqdə diqqət çəkən məqamlardan biri də ilk onluqda Çin şirkətlərinin üstünlük təşkil etməsidir. Siyahıya “Changan Automobile” və “Chery” də daxildir. Cənubi Koreyanın “Hyundai Motor Company” şirkəti 7-ci, Almaniyanın BMW şirkəti isə 9-cu yerdə qərarlaşıb. İlk onluğu isə Niderland mənşəli “Stellantis” tamamlayır.
BYD – 2 556 000
Geely – 1 315 000
Tesla – 985 000
Volkswagen – 854 000
SAIC – 720 000
Changan – 563 000
Hyundai – 416 000
Chery – 395 000
BMW – 389 000
Stellantis – 342 000


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top