Lavrov: Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi tələbi qüvvədədir

ATƏT daxilində konsensus olmadığına görə Dağlıq Qarabağ münaqişəsi zonasında insidentlərin araşdırılması mexanizminin tətbiq edilməsi və müşahidəçilərin sayının artırılması üzrə razılaşma hələ reallaşdırılmayıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2016-cı ilin yekunları üzrə mətbuat konfransında deyib. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusunu şərh edən XİN rəhbəri qeyd edib ki, bu mövzu abstrakt və yalnız Azərbaycanın daxili mövzusu deyil: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir sıra qərarlar mövcuddur, bura ilk növbədə münaqişənin qızğın vaxtında BMT Təhlükəsizlik Şurasının atəşin dayandırılmasını tələb edən qərarlar aiddir”. O əlavə edib ki, həmi vaxtdan işğal edilmiş ərazilərin azad edilməsini tələbi qüvvədədir: “Lakin heç bir halda güc yolu ilə deyil və Dağlıq Qarabağın yekun statusununun müəyyənləşdirilməsi ilə”. S. Lavrovun sözlərinə görə, bütün bunlar Minsk qrupunu çoxsaylı qərarlarında, eləcə də Azərbaycan və Ermənistan prezidentlərinin qəbul etdiyi və imzaladığı bəyanat və sənədlərdə yer alıb: “Mübahisələrin sülh yolu ilə nizamlanması orada təkmənalı olaraq yazılıb. Regionda 2016-cı ilin aprelində baş verən qanlı hadisələr dərin narahatlıq doğurur. Rusiya həmin vaxt qan tökülməsini dayandırmaq üçün həlledici rol oynadı”.

DİGƏR XƏBƏRLƏR

Top