Zelenski Putinin Pasxa atəşkəsinə münasibət bildirdi


Rusiya Prezidenti Vladimir Putinin Pasxa atəşkəsi elan etməsindən sonra Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın da bunu təkrarlamağa hazır olduğunu bildirib.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə rəsmi “Telegram” kanalında dərc etdiyi videomüraciətdə bildirib.
“Qarşılıqlı addımlar atmağa hazırıq. Biz bu il Pasxa bayramı zamanı atəşkəs təklif etdik və buna uyğun hərəkət edəcəyik. İnsanların təhlükəssiz Pasxa bayramına ehtiyacı var”, - Zelenski qeyd edib.
Qeyd edək ki, aprelin 9-da Putin aprelin 11-i saat 16:00-dan aprelin 12-i gecə saatlarına qədər Pasxa atəşkəsi elan edib. Rusiya qoşunlarına bütün istiqamətlərdə hərbi əməliyyatları dayandırmaq tapşırılıb.

DİGƏR XƏBƏRLƏR

Top