Xameneinin hücumlarda yaralanan müşaviri öldü


Ötən çərşənbə günü ABŞ-İsrail aviazərbələri nəticəsində ağır bədən xəsarətləri alan İranın ali liderinin müşaviri Kamal Xərrazi dünyasını dəyişib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İran dövlət mediası məlumat yayıb.
Qeyd olunur ki, ötən çərşənbə günü ABŞ və İsrail qüvvələri Kamal Xərrazinin Tehrandakı evini bombalayıb və o, ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilob. Xərrazinin həyat yoldaşı isə hadisə yerində ölüb.
Qeyd edək ki, Xərrazi 1997-ci ildən 2005-ci ilə qədər İranın xarici işlər naziri vəzifəsində çalışıb. Daha sonra isə Ali Liderin məsləhət orqanı olan Məqsədyönlülük Şurasının üzvü olub.

DİGƏR XƏBƏRLƏR

Top