Ukrayna Rusiyadan kompensasiya tələb edir

Ukrayna ilə Rusiya arasında davam edən gərginlik bu dəfə BMT nəzdində fəaliyyət göstərən Beynəlxalq məhkəməyə (Haaqa məhkəməsi) gedib çıxıb. "Yeniavaz.com"un RİA Novostiyə istinadən verdiyi məlumata görə, Ukrayna xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Maryana Betsa Rusiyanı terrorçuların maliyyyələşdirilməsi ilə mübarizə və irqi ayrı seçkiliyin ləğvi barədə iki beynəlxalq konvensiyanı pozmaqda günahlandırıb. O deyib ki, bununla bağlı Ukrayna Rusiyanı Haaqa beynəlxalq məhkəməsinə verib. Betsa məhkəmədə Ukraynaya dəyən zərərə görə Rusiyadan kompensasiya tələb ediləcəyini vurğulayıb. Kompensasiyanın məğbləğinin sonra müəyyən ediləcəyi gözlənilir. Hazırda isə Ukraynanın əsas məqsədi Rusiyanı məhkəməyə verməklə onun beynəlxalq aləmə zidd fəaliyyətinə diqqəti cəlb etmək niyyətindədir. Maryana Betsa deyib ki, Rusiya Krımı işğal etməklə, həmçinin və Donbas və Luqanskda separatçı və terrorçu gücləri silahlandırmaqla mövcud beynəlxalq konvensiyaları pozub və buna görə Haaqa məhkəməsində cavab verməlidir.

DİGƏR XƏBƏRLƏR

Top