
İsrailin Baş naziri Benyamin Netanyahu Livanla danışıqların mümkün qədər tez başlayacağını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə baş nazir bildirib.
“Livanın İsrail ilə birbaşa danışıqlara başlamaq üçün dəfələrlə etdiyi çağırışları nəzərə alaraq, dünən kabinetə Livanla mümkün qədər tez birbaşa danışıqlara başlamağı tapşırdım”, - baş nazir deyib.
O bildirib ki, danışıqlar “Hizbullah”ın tərksilah edilməsi və İsrail ilə Livan arasında dinc münasibətlərin qurulmasına yönələcək.
“Axios” jurnalisti Barak Ravid İsrail rəsmisinin danışıqların başlanması Livanda atəşkəs demək olmadığını bildirib.
Livanın yüksək vəzifəli rəsmisi “Reuters” agentliyinə bildirib ki, son 24 saat ərzində Livan İsrail ilə daha geniş danışıqlara yol açmaq üçün müvəqqəti atəşkəs üçün mübarizə aparıb. İsrailin yüksək vəzifəli rəsmisi “Axios”a bildirib ki, İsrail və Livan arasında birbaşa danışıqlar gələn həftə Vaşinqtonda başlayacaq.
Livan “Hizbullah” qruplaşmasının danışıqlarda iştirak edib-etməyəcəyi açıqlanmayıb.
Tətbiqimizi yükləyə bilərsiniz