
Everest dağının zirvəsinə çatan ilk amerikalı alpinist Cim Uitaker 97 yaşında vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Associated Press” (AP) onun ailəsinin açıqlamasına istinadən məlumat yayıb.
Ailənin məlumatına görə, alpinist 7 apreldə Vaşinqtonun Port Taunsend şəhərindəki evində vəfat edib.
Uitaker 1963-cü ildə Everestə qalxıb. AP-nin məlumatına görə, bu hadisə ABŞ-də bu idman növünə olan marağı yenidən canlandırmağa kömək edib və Uitakeri dərhal məşhura çevirib. Uitaker 1990-cı ildə ABŞ, Sovet İttifaqı və Çindən olan alpinistlərdən ibarət Everestə beynəlxalq ekspedisiya da daxil olmaqla, əməkdaşlıq və xoşməramlılıq yolu ilə nələrə nail ola biləcəyini nümayiş etdirmək üçün bir çox digər dırmanışlara rəhbərlik edib.
Tətbiqimizi yükləyə bilərsiniz