
Çeçenistan və Dağıstandakı daşqın vəziyyəti federal fövqəladə vəziyyət kimi təsnif edilib.
Yeniavaz.com xəbər verir ki, Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkov bunu Mahaçqalada keçirilən hökumət komissiyasının iclasında açıqlayıb.
“Mövcud vəziyyəti və eşitdiyimiz hesabatları nəzərə alaraq, Dağıstan Respublikası və Çeçenistan Respublikasındakı vəziyyəti federal fövqəladə vəziyyət kimi təsnif etmək və federal cavab tədbirləri səviyyəsini yaratmaq qərarı verilib”, - nazir deyib.
Qeyd edək ki, rəsmi məlumatlara görə, Dağıstanda üçü uşaq olmaqla altı nəfər ölüb.
Tətbiqimizi yükləyə bilərsiniz