
İsrail ABŞ-İran atəşkəsini “yolun dayanacağı” hesab edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu xalqa müraciətində danışıb.
O, İsrailin İranda hələ də hədəflərinin qaldığını deyib:
“Hələ də nail olmaq üçün bir çox məqsədimiz var və biz onlara ya razılaşma yolu ilə, ya da hərbi əməliyyatları bərpa etməklə nail olacağıq. Lazım olduqda istənilən vaxt hərbi əməliyyatlara qayıtmağa hazırıq. Barmağımız tətiyin üzərindədir. Vurğulamaq istəyirəm: bu, kampaniyanın sonu deyil. Bu, bütün məqsədlərimizə çatmaq yolunda bir dayanacaqdır”.
Tətbiqimizi yükləyə bilərsiniz