Pentaqon əməkdaşları “Epik qəzəb” zamanı nə qədər qəhvə içib? − Qurum hesabladı


ABŞ-nin İran keçirdiyi “Epik qəzəb” əməliyyatı zamanı ABŞ Müdafiə Nazirliyinin əməkdaşları 3,5 milyon litrdən çox qəhvə içib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn brifinqdə məlumat verib.
“6 milyon pors yemək yedik, təxminən 950.000 qallon qəhvə (3,5 milyon litrdən çox), 2 milyon enerji içkisi içdik və çoxlu miqdarda nikotin qəbul etdik”, - Keyn deyib.
O, əlavə edib ki, həmkarları heç bir sağlamlıq problemi yaşamayıblar.
Brifinqdə Keyn və Pentaqonun sədri Pit Heqset İrandakı hərbi əməliyyatın nəticələri barədə də məlumat veriblər. Keynin sözlərinə görə, Tehran hava hücumundan müdafiə sistemlərinin 80%-ni və Hərbi Dəniz Qüvvələrinin 90%-dən çoxunu itirib.
 

DİGƏR XƏBƏRLƏR

Top