“Müctəba Xamenei sağlamdır və ölkəni idarə edir”


“İranın ali lideri Müctəba Xamenei sağlamdır və ölkəni idarə edir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə bildirib.
O, həmçinin ali liderin hər şeyə nəzarət etdiyini qeyd edib.
Xameneinin niyə ictimaiyyət qarşısına çıxmaması ilə bağlı suala cavab olaraq isə xarici işlər nazirinin müavini ABŞ-nin bütün beynəlxalq qanunları pozduğu və dövlət başçısını öldürdüyü hazırkı son dərəcə təhlükəli vəziyyəti nəzərdən keçirməyə çağırıb.
Qeyd edək ki, bundan əvvəl “The Times” qəzeti əldə etdiyi kəşfiyyat məlumatlarına istinadla ali liderin müalicə aldığını və qərar qəbuletmədə iştirak etmədiyini bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top