
“Opta” superkompüteri ilk 1/4 final oyunlarından sonra Çempionlar Liqasının qalibi üçün proqnozlarını yeniləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Opta Analyst” məlumat verib.
Siyahını təqdim edirik:
1. “Arsenal” (İngiltərə) - 36.32%;
2. “Bavariya” (Almaniya) - 28.9%;
3. “Paris Sen Jermen” (Fransa) - 16.01%;
4. “Atletiko Madrid” (İspaniya) - 9.27%;
5. “Barselona” (İspaniya) - 3.57%;
6. “Real Madrid“ (İspaniya) - 2.64%;
7. “Liverpul” (İngiltərə) - 2.09%;
8. “Sportinq” (Portuqaliya) - 1.2%.
Qeyd edək ki, “Arsenal” Çempionlar Liqasının 1/4 finalının ilk oyununda “Sportinq” i 1-0 hesabı ilə məğlub edib. 1/4 finalın cavab oyunları 14 və 15 apreldə keçiriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz