ABŞ-İran gərginliyi TRIPP layihəsini gecikdirir – “Foreign Policy”


İranla bağlı hərbi gərginlik səbəbindən TRIPP layihəsi çərçivəsində ərazinin araşdırılması üçün ABŞ şirkəti nümayəndələrinin planlaşdırılan səfəri təxirə salınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Foreign Policy” nəşri İrəvandakı mənbələrə istinadla məlumat yayıb.
Nəşr qeyd edir ki, ABŞ Prezidenti Donald Trampın İrana qarşı siyasəti Ermənistan və Azərbaycan arasında əldə olunan nadir diplomatik irəliləyişləri təhlükə altına sala bilər. Bildirilir ki, ötən il Vaşinqtonun vasitəçiliyi ilə tərəflər arasında sülh prosesində mühüm addımlar atılıb və bu, Tramp administrasiyasının real uğurlarından biri kimi qiymətləndirilirdi.
Lakin hazırda İran ətrafında yaranmış vəziyyət Ağ Evin diqqətini regiondan yayındırır. Hətta formal atəşkəs şəraitində belə, ABŞ-nin yaxın dövrdə əsas diqqətini İrana yönəldəcəyi gözlənilir. Bu isə Cənubi Qafqazda sülh təşəbbüslərinin zəifləməsi riskini artırır.
Bildirilir ki, mövcud geosiyasi risklər ABŞ şirkətlərini investisiya qərarlarını yenidən nəzərdən keçirməyə vadar edir. Bundan əlavə, həm Bakı, həm də İrəvan rəsmiləri ABŞ-nin diqqətinin layihədən yayınmasından narahatdır.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top