
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Heydərova Ruhəngiz Muxtar qızı (VÖEN – 1404729342) arasında ofisin icarəyə götürülməsi ilə bağlı satınalma müqaviləsi imzalanıb.
Yeniavaz.com xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu müqaviləni tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında imzalayıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Heydərova Ruhəngiz Muxtar qızına məxsus qeyri-yaşayış sahəsini 2026-cı il ərzində (23.01.2026 – 31.12.2026) icarəyə götürüb. Multikulturalizm Mərkəzi icarə haqqı olaraq Heydərova Ruhəngiz Muxtar qızına 134 min 492 manat 65 qəpik ödəyəcək.
Qeyd edək ki, Multikulturalizm Mərkəzi ötən illər ərzində də ofisin icrası məqsədilə Heydərova Ruhəngiz Muxtar qızı ilə müqavilə imzalayıb və müqavilələrin müddəti və qiyməti aşağıdakı kimi olub:
2020-ci il – 97 min 680 manat;
2021-ci il – 97 min 680 manat;
2022-ci il – 97 min 680 manat;
2023-ci il – 97 min 680 manat;
2024-cü il – 120 min manat;
2025-ci il – 134 min 492 manat 65 qəpik;
2026-cı il – 134 min 492 manat 65 qəpik.
Açıqlanan məlumatlardan da göründüyü kimi, Ruhəngiz Heydərova Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə icarəyə verdiyi ofisin icarə qiymətini ötən illə müqayisədə dəyişməz qalıb.
Onu da bildirək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə ofis icarəyə verən Heydərova Ruhəngiz Muxtar qızı fövqəladə hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşıdır. Kəmaləddin Heydərovun həyat yoldaşı “SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası” İctimai Birliyinin rəhbəridir. İctimai Birliyin rəsmi veb-səhifəsində qeyd olunur ki, Birliyin tərkibində Şərq Təbabatı Klinikası da fəaliyyət göstərir.
Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Bakının mərkəzi küçələrindən hesab olunan Mikayıl Useynov prospektində (Səbail rayonu) yerləşən tarixi binaların birində fəaliyyət göstərir.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz