Paşinyan yenə Moskvaya gedəcək


Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya son səfəri ilə bağlı səslənən tənqidlərə münasibət bildirib.
Yeniavaz.com
xəbər verir ki, o, 9 aprel tarixində hökumət iclasından sonra keçirilən brifinqdə açıqlama verərək Vladimir Putin ilə gizli və ya pərdəarxası görüş keçirmədiyini deyib.
Paşinyanın sözlərinə görə, səfər çərçivəsində keçirilən görüş işgüzar nahar formatında olub:
“Əvvəlki kimi, səmimi atmosferdə nahar etdik və söhbət apardıq. Bu səfəri çox müsbət qiymətləndirirəm. Digərləri öz fikirlərini sərbəst şəkildə ifadə edə bilər”.
Baş nazir əlavə edib ki, tərəflər gələcək təmaslarla bağlı artıq razılıq əldə ediblər. Onun sözlərinə görə, iyunun ikinci yarısında yüksək səviyyəli növbəti görüş planlaşdırılıb. Paşinyan qeyd edib ki, Putinlə müzakirələrdə yeni mövqe səsləndirməyib və daha əvvəl açıq şəkildə ifadə etdiyi fikirləri təkrarlayıb.
O həmçinin vurğulayıb ki, Ermənistan və Rusiya arasında münasibətlər hazırda “konstruktiv transformasiya” mərhələsindədir və bu prosesi müsbət qiymətləndirir.
Qeyd edək ki, iyun ayının 7-də Ermənistanda növbəti parlamet seçkiləri keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top