“Bizi daxildən kimin satdığını öyrənəcəyik və tədbir görəcəyik” – Okan Buruk


“Qalatasaray"ın baş məşqçisi Okan Buruk təxirə salınmış Super Liqa oyunu çərçivəsində “Göztəpə” üzərində 3-1 hesablı qələbədən sonra maraqlı açıqlama verib.
Yeniavaz.com
“Haberler.com”a istinadla xəbər verir ki, o, klub daxilində xainlərin olduğunu iddia edərək, heyətdəki sızıntılardan danışıb.
“İçimizdə komanda haqqında gizli məlumatları sızdırmaqla “Qalatasaray”a zərər verən xainlər var və biz bu insanları mütləq tapıb lazımi tədbirləri görəcəyik”, - baş məşqçi qeyd edib.
“Kaya Temel adlı bir jurnalistin daim daxildən məlumat alması və start heyətimizi xaricə sızdırması xüsusilə qəbuledilməzdir. Mən jurnalistikaya hörmət edirəm, amma baş verənlər “Qalatasaray” komandasına qarşı açıq xəyanətdir. Rəqiblərimiz bu sızmalara əsaslanaraq hazırlaşır və ədalətsiz üstünlük qazanırlar”, - deyə o matç heyətinin mətbuata sızması ilə bağlı narahatlığını bildirib.
“Proqnozlaşdırılan heyətləri başa düşürəm, amma Avropadakı oyunlar da daxil olmaqla hər həftə dəqiq start heyətimizin müntəzəm olaraq sızdırılması daxildəki böyük bir problemə işarə edir. Bu məsələni komandamız və oyunçularımızla ətraflı müzakirə edəcəyik. Bizi daxildən kimin satdığını, komanda sirlərini kimin sızdırdığını öyrənəcəyik və lazımi tədbirləri görəcəyik”, - baş məşqçi əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top