Azərbaycanda 8 bank bir manat belə mənfəət vergisi ödəməyib – Tam siyahı


Ötən ilin ilk 3 rübünün yekununda Azərbaycanda fəaliyyət göstərən 22 bank ümumilikdə 911,2 milyon manat xalis mənfəət əldə edib və 214,6 milyon manat mənfəət vergisi ödəyiblər.
Yeniavaz.com 
Azərbaycan Banklar Assosiasiasiyası tərəfindən açıqlanan məlumatlara istinadən xəbər verir ki, ən çox mənfəət vergisi ödəyən bank “Kapital Bank” ASC olub.
“Kapital Bank”ın ötən ilin 3 rübünün yekununda ödədiyi mənfəət vergisi 61,2 milyon manat təşkil edib.
Ən az mənfəət vergisi ödəyən bank isə Azərbaycan Sənaye Bankı olub – 1,2 milyon manat.
Qeyd edək ki, ötən ilin 3 rübünün yekununda Azərbaycanda fəaliyyət göstərən 22 bankdan 8-i mənfəət vergisi ödəməyib. Bu banklardan biri – “Bank BTB” isə zərərlə işləyib.
Azərbaycanda fəaliyyət göstərən bankların ötən ilin ilk 3 rübünün yekununda ödədikləri mənfəət vergisi belə olub:


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top