Məşhur distribütor şirkətinin 3,3 milyon manat vergi borcu yaranıb


Azərbaycanda kosmetika və qida sektorunda fəaliyyət göstərən aparıcı distribütor şirkətlərindən biri olan “Engin LTD” MMC-nin (VÖEN – 1600219131) dövlət büdcəsinə böyük həcmdə vergi borcu yaranıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, “Engin LTD” MMC-nin 9 aprel 2026-cı il tarixinə olan vergi borcu 3 milyon 329 min 775 manat 95 qəpik təşkil edir.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 10 milyon 287 min 100 manat olan “Engin LTD” MMC-nin qanuni təmsilçisi Murat Korkmazdır.
MMC-nin hüquqi ünvanı “Abşeron rayonu, Hökməli ŞTQ, Bakı-Çamaxı yolu, ev 17-ci km” ünvanında yerləşir. “Engin LTD” MMC qeydiyyata alınan zaman hüquqi ünvanı “Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr., ev 115” olub. Şirkətə daha əvvəl Anar İbrahimov, Georgi Gaciaşvili və Andac Gurkan rəhbərlik ediblər.
Onu da bildirək ki, “Engin LTD” şirkətinin rəsmi veb-saytında göstərilir ki, şirkət Azərbaycanda P&G məhsullarının rəsmi distribütoru olaraq onların satışını və paylanmasını həyata keçirir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top