Norm Ender, Büşra Pekin, Burak Deniz... – Onlar da saxlanıldı


Türkiyədə məşhurlara qarşı növbəti narkotik əməliyyatı keçirilib.
Yeniavaz.com
xəbər verir ki, İstanbul Anadolu Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində məşhur reper Norm Ender və aktyor Burak Denizin də olduğu 14 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 11 nəfər isə nəzarətə götürülüb.
“Şəxsi istifadə üçün narkotik və ya psixotrop maddələr əldə etmə, qəbul etmə və ya saxlama”, “narkotik və ya psixotrop maddələrdən istifadə etmə”, “narkotik və ya psixotrop maddələr satmaq” maddələri ilə ittiham olunan və barələrində həbs qətimkan tədbiri seçilən şəxslər bunlardır:
1- Hafsanur Sancaktutan
2- Emir Can İğrek
3- Somer Sivrioğlu
4- Serra Pirinç
5- Ogün Alibaş
6- Utku Ünsal
7- Sinem Özenç Ünsal
8- Elif Büşra Pekin
9- Ahsen Eroğlu
10- Burak Deniz
11- Mert Demir
12- Emre (Fel) Öztürk
13- Ender Eroğlu
14- Enes Güler

DİGƏR XƏBƏRLƏR

Top