"Gələcəkdə bütün komponentləri özümüz istehsal etməklə dərmanlar hazırlayacağıq"

"Gələcəkdə Azərbaycanda bütün komponentləri istehsal etməklə dərman preparatları hazırlanacaq".

Bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Əli Əhmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanda dərman preparatlarını istehsal etmək üçün zavodlar qurulur və həmin zavodlar yaxın zamanda dərman istehsalına başlayacaq: "Bu gün Azərbaycanda istifadə olunan dərmanların əksəriyyəti xaricdən gətirilir ki, bu da böyük valyuta tələb edir. Milli sağlamlığın təmin olunması baxımından ölkə daxilində dərman preparatlarının istehsal edilməsinə ehtiyac var. Yaxın zamanlarda Azərbaycanda istifadə olunan dərman preparatlarının əhəmiyyətli bir hissəsi istehsal olunacaq. Əlbəttə, bu istehsal lazım olan tərkibin kənardan gətirilməsi vasitəsilə olacaq. Lakin zaman keçdikcə yəqin ki, gələcəkdə biz bütün komponentləri özümüz istehsal etməklə dərmanlar hazırlayacağıq".

DİGƏR XƏBƏRLƏR

Top